Pomidor istehsalı: Çində 57, Türkiyədə 11,8, Azərbaycanda 0,5 milyon ton

Çin, Hindistan, və ABŞ dünyada ən çox pomidor istehsal edən ölkələrdir. ötən il dünyada istehsal olunan 170 milyon ton pomidorun 57 milyon tonu Çinin payına düşür. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, bu dünya üzrə ümümi istehsalın 31%-ni təşkil edir. Bundan başqa ümumi istehsalın 19 milyon tonu və ya 11,2%-i Hindistanın, 15 milyon tonu və ya 8,8%-i ABŞ-ın payına düşüb. Qardaş Türkiyə isə pomidor istehsalına görə dünyada 4-cü sırada qərarlaşıb. Türkiyədə ötən il ərzində təxminən 11,8 milyon ton pomidor istehsal edilib. Nəticədə dünya pomidor istehsalının 6,9%-i Türkiyənin payına düşüb.

Bunlardan başqa il ərzində 8 milyon ton pomidor Misirdə, 6 milyon ton İranda, 5 milyon ton İtaliyada, 4 milyon ton İspaniyada, 3,8 milyon ton Brazilyada, 3,4 milyon ton isə Meksikada istehsal olunub.

Ölkəmizdə isə bu göstərici Dövlət Statistika Komitəsindən verilən məlumata görə 465 min tona bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top