Cənubi Koreyanın yeni prezidenti yeni baş nazir təyin edib

Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn Çolla-Namdo əyalətinin keçmiş qubernatoru Li Nak Yonu ölkənin baş naziri təyin edib. TASS xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Adminstrasiyası məlumat yayıb. İnformasiyaya əsasən, Mun Çje İn Milli Kəşfiyyat Xidməti, Silahlı Qüvvələrin Baş Qərargahı və Prezidentin Mühafizə Xidmətinə də yeni başçılar təyin edəcək. Qeyd edək ki, Mun Cje İn mayın 9-da keçirilən növbədənkənar prezident seçkisində 41,1 faiz səs toplayaraq, qalib gəlib.Report

DİGƏR XƏBƏRLƏR

Top