ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib. “Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.Apa

DİGƏR XƏBƏRLƏR

Top