POS-terminalların sayı azalıb

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılmış POS-terminalların sayı 70 min 795 ədəd olub. Bu, cari ilin mart ayına olan məlumatla müqayisədə, yəni son bir ay ərzində 155 ədəd azdır. "Yeniavaz.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın (MB) açıqladığı hesabatda bildirilir. POS-terminalların 69 999-u pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bunun da 39 431-i paytaxt Bakının payına düşüb. Ölkədə quraşdırılan POS-terminalların 39 835 ədəd və ya 56%-i Bakıda, 30 960-ı və ya 44%-i regionlarda quraşdırılıb. Martda paytaxtda olan POS-terminalların sayı artsa da, regionlarda əksinə azalıb. Martda paytaxtda POS-terminalların sayı 349 ədəd artıb, regionlarda 504 ədəd azalıb. Azərbaycanda hər 100 nəfərə bir POS-terminal düşür.

DİGƏR XƏBƏRLƏR

Top