
Türkiyədə edam cəzasının bərpa edilməsinin lehinə təbliğat kampaniyasının Almaniyada aparılmasına icazə verilməyəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, türk siyasətçilərindən müvafiq sorğu daxil olarsa, buna qadağa qoyulacaq: “Bu cür çıxışların edilməsi üzrə konkret sorğular hələ daxil olmayıb. Lakin bu məsələ qaldırılarsa, Almaniya rədd edəcək. Aydın vurğulmaq lazımdır ki, tamamilə qəbul etmədyimiz məsələlərin müzakirəsinə Almaniyada icazə verilməyəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz