Donald Tramp Gürcüstanı ABŞ üçün vacib ölkə adlandırıb

ABŞ-da səfərdə olan baş nazir Georgi Kvirikaşvilini qəbul edən prezident Donald Tramp Gürcüstanı ölkəsi üçün mühüm dövlətlərdən biri hesab etdiyini söyləyib. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Tramp Gürcüstanla ABŞ-ı strateji əlaqələrin birləşdirdiyini qeyd edib: "ABŞ Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və onunla hərtərəfli əməkdaşlığı daha da genişləndirmək niyyyətindədir".

Kvirikaşvili və Tramp iki ölkə arasında gələcək əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Tramp Kvirikaşvili ilə görüş barədə sosial şəbəkədə belə yazıb: "Vitse prezident Maykl Penslə birgə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilini qəbul etmək mənim üçün böyük şərəf idi".

Öz növbəsində Maykl Pens tvitterdə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda 872 əsgərlə iştirak edən Gürcüstana minnətdarlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top