Erməni politoloq: "Lavrov Ermənistanı terrorla oyuna cəlb etmək istəyir"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İŞİD-lə mübarizədə Gümrüdəki 102 saylı hərbi bazadan istifadə ediləcəyi barədə verdiyi açıqlamaya Ermənistandan sərt reaksiya gəlib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, erməni politoloqlar Lavrovun bu açıqlamasının Ermənistan üçün təhlükəli olduğunu bildiriblər. Politoloq Ruben Mehrabyan Birinci İnformasiya kanalına verdiyi müsahibəsində Lavrovun son açıqlamasını Ermənistanı heç bir əsas olmadan terrorla təhlükəli oyuna cəlb etmək cəhdi kimi dəyərləndirib: "Bu Lavrov tərəfindən verilən məsuliyyyətsiz açıqlamadır. Ermənistanın İŞİD-lə sərhədi yoxdur və onlarla mübarizə üçün siyasi səbəblərə də malik deyil. Əslində Lavrovun bu açıqlaması daha çox təbliğat məqsədi ilə Qərbə yönəlib. O bu yolla xarici ölkələrdəki hərbi bazalarının saxlanılmasına haqq qazandırmaq istəyir".

Mehrabyan həmçinin xatırladıb ki, adı çəkilən məsələdə Lavrov heç də səmimi deyil. Belə ki, İŞİD sıralarında Rusiya vətəndaşı olan 3500 nəfər vuruşur: "Əgər onlara xarici pasport verilməsəydi, onda İŞİD sıralarına qoşulmaq üçün Rusiyanı tərk edə bilməzdilər. Məsələnin digər tərəfinə gəlincə, Rusiyanın Əfqanıstanda Talibanı dəstəklədiyini Amerikanın adı çəkilən ölkədəki hərbi komandanlığı da, biz də yaxşı bilirik. Amma Yerevanda elə rəsmi şəxs yoxdur desin ki, Lavrov ağzını yum və sənə dəxli olmayan məsələlərə burnunu soxma, bizə dəxli olmayan oyunlara ölkəmizi cəlb etmə".

DİGƏR XƏBƏRLƏR

Top