Mingəçevirdə veteranlar yad edilib

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə Mingəçevirdə veteranlar evlərində yad edilib. Bu görüş onlara sevinc bəxş edib. 97 yaşlı veteran Milan Yusifov, 97 yaşlı Baba Əliyev, 92 yaşlı Əmrah Rzayev, 94 yaşlı Nadejda Orucova, 94 yaşlı Seyidağa Ağayev bu gün onları yad edən şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onların hər biri ilə səmimi görüşərək, səhhətləri ilə maraqlanıb, həmişə əllərindən gələn köməyi onlara etməyə hazır olduqlarını bildiriblər. Həmçinin bayram münasibətilə onlara pul mükafatı təqdim edib. Şəhər bələdiyyəsi isə hər bir veterana ərzaq bağlaması təqdim edib. Veteranlar diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ediblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top