Putin: Xalqımızı fəth edə biləcək qüvvə yoxdur

Rusiyanı əsarət altına ala biləcək qüvvə yoxdur. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 72-ci ildönümünün şərəfinə keçirilən paradda çıxışı zamanı deyib. O bildirib: “Xalqımızı fəth edə biləcək qüvvə yoxdur, olmayıb və olmayacaq”. V. Putinin fikrincə, II Dünya müharibəsi ilk növbədə qabaqcıl ölkələrin ayrılığı səbəbindən baş verib. O diqqətə çatdırıb ki, terrorçuluqla, ekstremizmlə, neonasizmlə və digər təhdidlərlə səmərəli mübarizə aparmaq məqsədi ilə bütün beynəlxalq ictimaiyyətin konsolidasiyası lazımdır: “Biz belə əməkdaşlıq üçün açığıq”. Qeyd edək ki, Moskvanın Qızıl meydanında keçirilən parada təqribən 10 min hərbçi, 114 ədəd yerüstü texnika cəlb edilib. Əlverişsiz hava şəraitinə görə aviasiya paradda iştirak edə bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top