Gəncə sakini hamilə qadının boğazını kəsib, özünü bıçaqlayıb

Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub. Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Ü.Əliyeva Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanay yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Ü.Əliyevanın qohumları bildirib ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığı üçün boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqa biri ilə ailə həyatı qurub. Faktla bağlı araşdırmalara başlanılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top