Bu gün futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Bu, “Yuventus” və “Monako” komandaları arasında Turində baş tutacaq yarımfinal matçının cavab oyunundan sonra bəlli olacaq. Səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 2 cavabsız qolla məğlub edən “Qoca sinyora” həlledici görüşə vəsiqə qazanmağa daha yaxındır. İtaliya təmsilçisi Fransada əldə etdiyi üstünlüyü qoruyacağı halda tarixində 9-cu dəfə kubok uğrunda görüşdə iştirak edəcək. Knyazlıq komandası isə sürpirzə imza atmaqla, 2-ci dəfə finalçı ola bilər.
Qeyd edək ki, digər finalçı mayın 10-da keçiriləcək “Atletio” (İspaniya) – “Real Madrid” (İspaniya) qarşılaşmasında bəlli olacaq. Turnirin son qalibi olan “Kral klubu” ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Çempionlar Liqası, Yarımfinal, cavab oyunu
9 may
22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)
Baş hakim: Born Keypers (Hollandiya)
Turin. “Yuventus Stadium”