Ev alana qalma icazəsi verən 12 ölkə

Bir çox ölkə iqtisadi böhranın öhdəsindən gəlmək məqsədi ilə sərmayə qoyana ölkədə qalma icazəsi verir. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən ev alana qalma icazəsi verən 12 ölkəni təqdim edir.

1. ABŞ

ABŞ hökumətinin müəyyənləşdirdiyi bölgələrə 500 min dollar sərmayə yatıran və ya 1 milyon dollar dəyərində sərmayə şirkəti quranlara ölkədə müddətsiz qalma haqqı verilir. Sərmayə qoyuluşunun 5-ci ilində isə vətəndaşlığa keçmə haqqı verilir.

2. Almaniya

250 min avro dəyərində sərmayə ilə iş quraraq Almaniya vətəndaşları üçün iş yeri açanlara əvvəlcə qalma, sonra isə vətəndaşlıq imkanı verilir.

3. Dominikan Respublikası

Təkbaşına vətəndaşlıq almaq üçün 100 min dollar, həyat yoldaşınız və uşaqlarınızla ölkəyə yerləşmək üçün isə 200 min dollar dəyərində investisiya yatırmalısınız.

4. Latviya

Latviyanın xarici sərmayədarlar üçün Avropa İttifaqının üzv ölkələri arasında səyahət icazəsi verdiyi qaydada qiymət kvotası belədir: Böyük şəhərlərdən azı 143 min avro, kənd yerlərindən isə azı 71 500 avro dəyərində ev almaq lazımdır.

5. İrlandiya

İrlandiyada 400 min avro dəyərində daşınmaz əmlak alanlar qalma icazəsinə sahib olurlar.

6. İspaniya

İspaniyada xarici sərmayədara qalma icazəsini verən qanun layihəsi qüvvəyə minib. İspaniyada 160 min avroluq mənzil alan əcnəbilər qalma icazəsi və vizasız səyahət haqqını əldə edəcəklər.

7. Kanada

Kanadada vətəndaşlıq hüququ almanının yolu 400 min dollar həcmində sərmayədən və 800 min dollarlıq bank hesabından keçir.

8. Makedoniya

Makedoniyada eyni zamanda iki fürsət var. 40 min avro dəyərində daşınmaz əmlak alan əcnəbilər 1 il müddətinə qalma icazəsi, 400 min avro həcmində sərmayə yatıran iş adamları isə vətəndaşlıq hüququ əldə edirlər.

9. Portuqaliya

İşsizliklə mübarizə aparan Portuqaliyada ən azı 500 min avro dəyərində mənzil alan əcnəbilər vizasız səyahət haqqına sahib çıxırlar. Portuqaliyada başqa bir xüsusi qaydaya əsasən, ən azı 10 nəfəri iş yeri ilə təmin edən əcnəbi qalma icazəsi alır.

10. Uruqvay

Uruqvayda aylıq qazancı 1200 dollar məbləğində olanlara 3 il müddətinə müvəqqəti qalma icazəsi və vətəndaşlıq hüququ verilir.

11. Ukrayna

Ukraynada vizasız giriş və müddətsiz qalma icazəsi üçün lazım olan sərmayə, ölkədə açacağınız şirkətin hesabında isə 100 min dollar olmalıdır.


12. Yunanıstan

Yunanıstanda 250 min avro və daha yüksək məbləğə mənzil alan 5 illik qalma icazəsini təmin edir. Bu haqq ölkədə işləmə icazəsini əhatə etmir.

DİGƏR XƏBƏRLƏR

Top