Lujkovun Gürcüstana səfəri ölkədə narazılıqla qarşılanıb

Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun həyat yoldaşı ilə Gürcüstana səfəri ölkədə gücü rezonansa səbəb olub. "Yeniavaz.com"un apsny.ge-saytına istinadən verdiyi məlumata görə, buna səbəb Lujkovun vaxtı ilə açıq şəkildə Abxaziyanın müstəqilliyinə dəstək verməsi və bu müstəvidə də dəfələrlə işğal altında olan rayonlara səfərlər etməsidir. Lujkovun Gürcüstanda səfərdə olmasından isə ölkə əhalisi arximandrit Serafimin sosial şəbəkələrdə paylaşmasından xəbər tutub. O Lujkovla görüşü barədə fotoqrafı sosial şəbəkədə yerləşdirib. Bu isə əhali tərəfindən narazılıqla qarşılanıb və müvafiq hökumət qurumları Lujkovun ölkəyə girişinə qadağa qoymadığı üçün sərt şəkildə tənqid edilib. Çünki Gürcüstanda qüvvədə olan "İşğal olunmuş ərazilər" haqqındakı qanuna görə separatçı rejimlə əməkdaşlıq və ona yardım edənlər cərimə olunur və onlara qarşı cinayət işi qaldırılır. Əhali arasında etirazlarla bağlı isə Gürcüstan Daxili İşlər nazirinin müavini Şalva Xutsişvili bildirib ki, Lujkovun sənədləri qaydasında olub və sərhədçilər onu saxlamaq üçün hər hansı səbəb tapa bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top