İŞİD-in Əfqanıstan üzrə lideri öldürüldü

İŞİD terror qruplaşmasının Əfqanıstan üzrə lideri Əbdül Hasib öldürülüb. “Yeniavaz.com”un “Haber Türk” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Əfanıstan Prezidenti Administrasiyasından deyiblər. Ə.Hasibin 10 gün əvvəl Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində əfqan xüsusi təyinatlıları tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilir. Administrasiyadan qeyd ediblər ki, Ə. Hasib mart ayında Kabildə hərbi xəstəxanaya edilən hücuma görə məsuliyyət daşıyır. Xatırladaq ki, Ə. Hasib ABŞ qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində həlak olmuş Hafiz Səid Xanın yerinə təşkilata başçılıq edib.

DİGƏR XƏBƏRLƏR

Top