İraq yezidləri Ermənistandan qaçıblar

İraqı tərk edərək Ermənistana gələn yezidlər burada çoxsaylı problemlərlə üzləşiblər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə "Tomson royter" nəşrində gedən məqalədə deyilir. Nəşrin yazdığına görə, İraqın Sincar əyalətindən qaçan yezidlərə Ermənistanda münasibət pis olub. Onlara yaşamaq üçün şərait yaradılmayıb, maddi baxımdan daim çətinliklər içərisində olublar. Adının çəkilməsini istəməyən və qaçqın kimi gəldiyi Ermənistanı tərk etməyə məcbur olan İraq yezidlərindən biri: "Biz buraya sakitlik və əmin-amanlıq tapmaq üçün gəlmişdik. Amma burada daha ağır vəziyyətlə üzləşdik. Ermənistanda bizi həqiqi yezidlər hesab etmirlər".

Öz növbəsində Ermənistanın yerli sakini olan yezidlərin nümayəndəsi Hasan Tamoyan Birinci İnformasiya kanalına verdiyi müsahibəsində iki il əvvəl İraqdan 3 yezid ailəsinin onlara pənah gətirdiyini deyib. Onun sözlərinə görə, İraq yezidləri hansısa səbəbdənsə Ermənistanı tərk ediblər. Onun iddiasına görə, İraq yezidlərinin əsas problemi dil öyrənmə olub. Lakin İraq yezidlərinin "Tomson Royter"ə açıqlaması göstərir ki, onları Ermənistanda adam yerinə qoymayıblar və problemləri ilə məşğul olmayıblar. Ona görə də onlar Ermənistandansa müharibə vəziyyətində olan İraqda yaşamağa üstünlük veriblər.

DİGƏR XƏBƏRLƏR

Top