İran həmişə Ermənistanın ağır günlərində onun köməyinə çatıb

Tehran Ermənistanın ağır günlərində ona dəstək olub, çiynini onun yükünün altına verib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə "İnterfaks" agentliyinə açıqlamasında Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib: "İran Ermənistanın "qədim" qonşusudur. Biz müstəqilliyimizin ilk günlərindən İranla çoxəsrlik tarixdən gələn dostluq əlaqələri qurmuşuq. Tehran Qarabağ münaqişəsinə münasibətdə həmişə təmkinli mövqedən çıxış edib. İran münaqişənin yenidən körüklənməsini istəmir və bunu dəfələrlə rəsmi şəkildə bəyan edib. Bundan əlavə İranla Ermənistan arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq da yüksək səviyyədədir. Biz dost ölkə ilə hərbi sənayə kompleksi sahəsində də əməkdaşlıqda maraqlıyıq. İrana səfərim zamanı onların hərbi-sənaye sahəsində qazandıqları uğurlardan heyrətə gəldim. İranla müxtəlif sahələrdə, o cümlədən radioelektronika istiqamətində əməkdaşlıq barədə ciddi irəliləyişlərə nail olmuşuq".

DİGƏR XƏBƏRLƏR

Top