Banklardakı əmanətlərin 92%-dən çoxu Bakının payına düşür

Banklarda yerləşdirilən əmanətlərin 20,6%-i və ya 1 milyard 463,7 milyon manatı milli valyuta, 79,4%-i və ya 5 milyard 638 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. "Yeniavaz.com"un Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 6,9%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 4,1% olub. Əmanətlərin 92,9%-i və ya 6 milyard 596,3 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Abşeron və Gəncə-Qazax iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 6,2% və 5,9% olub. Ən aşağı faiz dərəcəsi isə Kəlbəcər-Laçın (2,2%) və Naxçıvan (2%) iqtisadi rayonlarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top