Ağstafada qadın kimyəvi preparatdan zəhərlənib

Ağstafa rayonunda zəhərlənmə olub. Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Kəmalə Tahizade qızı zəhərlənmə əlaməti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın bağında kartofun xəstəliklərinə qarşı kimyəvi mübarizə aparan zaman pestisiddən zəhərlənib.

DİGƏR XƏBƏRLƏR

Top