Media sektorunda çalışanlar harada istrahət edəcəklər? - CAVABLAR

Artıq bahar fəslinin ikinci ayını yaşayırıq. Bir çoxumuz səbirsizliklə yay tətilini gözləyirik. Bütün ilin yorğunluğunu çıxarmaq üçün ölkəmizin səfalı rayonlarına və ya xarici ölkələrə üz tutmağı düşünənlər də var. Bəs, görəsən, media sektorunda çalışan tanınmışlar istrahətlərini harada keçirəcəklər?

Mais Ağayev (Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri): "Ölkə daxilində dincəlməyi düşünürəm. Amma mən elə də uzun müddətə məzuniyyətə çıxan deyiləm, maksimum bir həftə bəs edir mənə".

Zamin Hacı: "Külək belə əssə, molla demişkən, heç harda dincəlməyi düşünməyəcəyik".

Rahib Qərib (teleaparıcı): "Həyat yoldaşım ağır xərçəng xəstəsidir deyə istirahət haqqında düşünmürəm".

Arzu Nağıyev ("Trend" xəbər agentliyinin baş direktor müavini): "Hələ dəqiq bilmirəm... Yəqin ki, hara getsəm, ailəmlə gedəcəm".

Rahil Sayadoğlu (teleaparıcı): "İstirahətimi adətən ölkə daxilində keçirirəm. Xaçmaz, Quba, İsmayıllı - adətən bax bu bölgələrə gedirəm. 2 il əvvəl isə Gürcüstanda olmuşdum. Gürcüstan mənim 2-ci vətənimdir. Valideynlərim Gürcüstan azərbaycanlılarıdır. Başkeçid mahalının Şindilər kəndində istirahət etməyin ayrı ləzzəti var".

Tural Müseyibov: "Yayın gəlişinə var, ona görə də bu barədə hələ düşünməmişəm".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top