Latviya müharibə olarsa 17,5 min hazırlıqlı əsgərə güvənə bilər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Latviyanın Müdafiə Nazirliyindən deyiblər. Məlumatda bildirilir ki, dövlətin müdafiə konsepsiyasına əsasən, Respublikanın Milli Silahlı Qüvvələrinin (MSQ) sıralarında 17,5 min hərbi hazırlığı olan əsgər, habelə peşəkar xidmətdə olan 6,5 min hərbçi, 8 min xalq özünümüdafi qüvvəsi və ehtiyatda olan 3 min hərbçi var. Bundan başqa, MSQ-nin ehtiyatında Latviya və xaricdə yaşayan 7655 əsgər var.