Futbol üzrə Rusiya yığmasının və ÇSKA-nın sabiq baş məşqçisi Leonid Slutski İngiltərənin “Çelsi” futbol klubunun sükanı arxasına keçə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunun baş verməsi üçün “Çelsi”nin hazırkı baş məşqçisi italyan Antonio Konte klubu tərk etməlidir. “Barselona” və “İnter” onu baş məşqçi kimi görmək istəyir. L. Slutski ilin əvvəlindən İngiltərədədir, “Çelsi”nin oyunlarını stadiondan mütəmadi izləyir. Apreldə L. Slutski bildirmişdi ki, “Çelsi” klubun sahibi Roman Abramoviç ona inanır.