Luis Enrikeni əvəzləyəcək baş məşqçi tapıldı

“Barselona”nın baş məşqçisi Luis Enrikeyə əvəzləyici tapılıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu “Barselona”nın vitse-prezidenti Jordi Mestre deyib. Bununla belə, o, yeni baş məşqçinin adını çəkməyib. J. Mestre qeyd edib ki, L. Enrikeyə hörmət əlaməti olaraq qərarı indi açıqlamayacaq. L. Enrike mart ayında bəyan etmişdi ki, mövsümün sonunda klubda baş məşqçi vəzifəsindən gedəcək. Onun əvəzləyəcək namizədlər arasında L. Enrikenin assistenti Xuan Karlos Unsue, Ernesto Valverde (“Atletiko”) və Ronald Kumanın (“Everton”) adı çəkilir. “Barselona”nın bir çox futbolçusu L. Enrikenin assistenintinin namizədliyini dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top