"Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi?" - Ziya Məmmədovun qardaşı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə edilməsi xəbərinə qardaşı münasibət bildirib.

Sabiq nazirin qardaşı Elton Məmmədov bununla bağlı suala münasibət bildirib.

O, qardaşı haqqında yazılan iddia ilə bağlı bu fikirləri səsləndirib:

"Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın. Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim. Bu məsələyə münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.unikal.org

DİGƏR XƏBƏRLƏR

Top