
ABŞ-ın tanınmış aktyoru Stiven Siqalın Ukraynaya girişi qadağan edilib. “Yeniavaz.com”un “Habertürk” telekanalına istinadən verdiyi məlumata görə, daha əvvəl Rusiya vətəndaşı olan və pasportu Prezident Vladimir Putinin əlindən alan aktyora qarşı tətbiq edilən qadağanın səbəbi kimi milli təhlükəsizliyə təhdid göstərilib. S. Siqalın Ukraynaya girişinə 5 il müddətinə qadağa qoyulub. Ukrayna tərəfi bəyan edib ki, Hollivud aktyoru sosial yönümlü təhlükəli fəaliyyət göstərə və ölkənin təhlükəsizliyinə təhdid yarada bilər.
Xatırladaq ki, S. Siqal Rusiyanın Krımı ilhaq etməsini məqbul hesab etmişdi. Rəsmi Kiyev bunadək Rusiya vətəndaşlığı almış fransız aktyor Jerar Depardyenin və bir çox rus incəsənət xadiminin ölkəyə girişini əngəlləyib və 100-dən çox rus filmini qadağan edib.
Tətbiqimizi yükləyə bilərsiniz