"Təşəbbüsü ələ almaq üçün nə etməliyik, fikir söyləmir"

"Azərbaycan rəsmiləri və diplomatları Ermənistanın işğalçı siyasətinə verdiyi dəstəyə görə nə qədər Rusiyanın adını hallandırmamağa çalışsalar da, bu alınmır və ünvanı özləri göstərirlər. Bunu Azərbaycan xarici işlər nazirinin müavini və prezidentin Qarabağ danışıqları üzrə təmsilçisi Araz Əzimovun son açıqlamasından da aydınlaşdırmaq olar: "Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasındakı problem fikir ayrılıqlarında və konkret olaraq Ermənistan tərəfinin və onun Azərbaycanın işğal olunmuş torpaqlarına nəzarəti davam etdirməsinə dəstək verən ölkələrin konkret maraqlarındadır". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Əsas vasitəçi ölkə bəllidir - Rusiya. Çünki digər iki həmsədr - ABŞ və Fransa onsuz da passivdirlər və Qarabağla maraqlanmırlar. Nəticəsiz danışıqların mütləq əksəriyyəti Rusiya ərazisində keçirilir, yəni Əzimovun məntiqindən də çıxış etsək işğala dəstək verən ölkə bəllidir. Araz Əzimovun fikri başqa sual doğurur: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını davam etdirməsi məlum ölkənin marağındadırsa, biz təşəbbüsü ələ almaq üçün nə etməliyik? Bu haqda Araz Əzimov bir fikir söyləmir",-deyə politoloq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top