Prokurorlar ağac əkdi

Mayın 6-da Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

"Yeniavaz.com" xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görtə, tədbir çərçivəsində Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlıgında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq seçilən agacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top