Avrop Birliyi Ermənistana 1,6 milyon avro ayıracaq

Avropa Birliyi (AB) Ermənistanın sərhədyanı kənd rayonlarında yeni iş yerlərinin yaradılması üçün adı çəkilən ölkəyə bəzi yardımlar etmək niyyətindədir. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, bu məqsədlə Avropa Birliyi ilkin mərhələdə Ermənistanın sərhədyanı kənd rayonlarında əhalinin işlə təmin edilməsini nəzərdə tutan bəzi tədbirlərin həyata keçirilməsinə 1,6 milyon avro ayıracaq. Bu barədə mətbuat konfransında məlumat verən Ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan bildirib ki, bu vəsait kənd yerlərində fermer kooperativlərinin və kiçik biznesin inkişaf etdirilməsinə sərf ediləcək. AB-nin digər proqramına əsasən isə Tavuş vilayətindəki Dilican kurortundakı mehmanxanaların və yaxınlıqdakı kəndlərin inkişafına daha 1,2 milyon avro ayrılacaq. Öz növbəsində Rusiya Tavuş vilayətinin sərhədyanı 45 kəndində istixanalar, meyvə və giləmeyvələrin saxlanılması üçün soyuducu anbarlar, həmçinin kiçik emal müəssisələri inşa edəcək.

DİGƏR XƏBƏRLƏR

Top