Terrorçularla mübarizədə ən yaxşı vasitə regional oyunçuların cəlb edilməsi ilə koalisiyaların yaradılmasıdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, məsələn, Suriyada “İslam terroru” ilə mübarizədə regional qüvvələrdən - Fars körfəzi və digər ölkələr – ibarət koalisiyanın formalaşdırılması düzgün olardı. A. Merkel qeyd edib ki, NATO təkbaşına hərəkət etməli deyil: “NATO hər şeyi bilavasitə təşkil etməli deyil. NATO daxilində regionlar üzrə öhdəliklər bölüşdürülməməlidir. Məsələn, ABŞ və Kanada təkcə Şimali Amerikada, avropalı tərəfdaşlar isə yalnız Avropa İttifaqının təhlükəsizliyini təmin etməməlidir. Biz birgə fəaliyyət göstərmək və ümumi manevrləri həyata keçirmək iqtidarında olmalıyıq”.