“Facebook”da yenilik olacaq

“Facebook” sosial şəbəkəsi öz teleşoularının yayımına başlamağı planlaşdırır. “Yeniavaz.com”un “”Rifan.ru” saytına istinadən verdiyi məlumata görə, söhbət 20 layihədən gedir. Proqramlardan bəzilərinin müddəti 30 dəqiqə-1 saat davam edəcək, digərlərinin isə müddəti 10 dəqiqədən çox olmayacaq. Həmin proqramlardan bir neçəsi artıq istehsalata buraxılıb. Yayım 2017-ci ilin iyun ayına planlaşdırılıb. ”Facebook”da qeyd ediblər ki, sosial şəbəkənin populyarlığının yeni inkişaf xətti yeni istifadəçilər cəlb etməyə və mövcud olanları qorumağa imkan verəcək. Xatırladaq ki, hazırda “Facebook”un 1,94 milyard istifadəçisi var.

DİGƏR XƏBƏRLƏR

Top