Britaniyada ən zəngin 10 idmançı - SİYAHI

Böyük Britaniyada 2017-ci ilin ən varlı idmançılarının siyahısı tərtib edilib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, gəlirini 25 milyon funt-sterlinq artıraraq ümumilikdə 131 milyon funt-sterlinqə çatdıran “Formula 1” pilotu britaniyalı Luis Hamilton siyahının birincisidir. Mövsümün əvvəlində “Mançester Yunayted”ə transfer edilən 35 yaşlı isveçli futbolçu Zlatan İbrahimoviç isə 110 milyon funt-sterlinq sərvəti ilə ikinci yerdə qərarlaşıb. Onu komanda yoldaşı ingiltərəli futbolçu Ueyn Runi (93 milyon funt-sterlinq) izləyir. Siyahıda ilk 10 yeri tutan idmançılar aşağıdakılardır:

1. Luis Hamilton (avtomobil idmanı) – 131 milyon funt sterlinq
2. Zlatan İbrahimoviç (futbol) – 110 milyon funt sterlinq
3. Ueyn Runi (futbol) – 93 milyon funt-sterlinq
4. Censon Batton (avtomobil idmanı) – 86 milyon funt-sterlinq
5. Rori Makilroy (qolf) – 82 milyon funt-sterlinq
6. Endi Murrey (tennis) – 77 milyon funt-sterlinq
7. Joze Mourinyo (futbol) – 61 milyon funt-sterlinq
8. Qaret Beyl (futbol) – 54 milyon funt-sterlinq
9. Pep Quardiola (futbol) – 50 milyon funt-sterlinq
10. Luol Denq (basketbol) – 50 milyon funt-sterlinq

DİGƏR XƏBƏRLƏR

Top