Polis və DTX Astarada birgə əməliyyat keçirib

Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib. DİN-in rəsmi saytının xəbərinə görə, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top