Berlin Moskvanı Hələbi xarabazara çevirməkdə günahlandırdı

Almaniya növbəti dəfə Rusiyanın Hələbi bombalayaraq dağıtdığını bəyan edib. "Yeniavaz.com"un Gazeta.ru ya istinadən verdiyi məlumata görə, Almaniya hökumətinin xüsusi nümayəndəsi Şteffen Zaybert deyib ki, Şərqi Hələbin amansızcasına dağıdılması Rusiyanın hərbi yardımı olmadan mümkün deyildi. Şteffen Zaybert: "Rusiya istəsəydi bunun qarşısını ala bilərdi. Biz dəfələrlə Hələbin belə ağır şəkildə dağıdılmasına öz etirazımızı bildirmişik"-deyib.

Şteffen Zaybert ötən gün kansler Angela Merkelin prezident Putinlə telefon söhbəti zamanı da bu məsələyə toxunulduğunu bildirib. Onun sözlərinə görə, Merkel Putini bölgədə dərhal atəşi dayandırmağa çağırıb. Xatırladaq ki, dekabrın 15-də Avropa Birliyinə üzv ölkələrin dövlət başçıları Rusiyaya qarşı sanksiyaların müddətinin artırılması barədə məsələni müzakirə edəcəklər

DİGƏR XƏBƏRLƏR

Top