Tacikistanla Qırğızıstan sərhədində güclü zəlzələ baş verib

Tacikistanla Qırğızıstan sərhədində mayın 6-ı səhər baş verən zəlzələ 7 bal gücündə qiymətləndirilib. Bişkekdə 3 bal gücündə təkanlar hiss olunub. "RİA Novosti" xəbər verir ki, bu barədə Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya institutu məlumat yayıb. Yeraltı təkanların episentri Düşənbədən 257 km aralı, Qırğızıstanla sərhəddə Tacikistan ərazisində baş verib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top