Bağdadda partlayış nəticəsində 5 nəfər ölüb

Ötən gün İraqda törədilən terror aktı nəticəsində azı 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Bu barədə "Əs-Sumariyə" telekanalı məlumat yayıb. Məlumata görə, kamikadze minalanmış avtomobili Ənbar əyalətinin inzibati mərkəzi olan Rəmadi yaxınlığındakı Hadisa şəhərinin bazarında partladıb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.Report

DİGƏR XƏBƏRLƏR

Top