Ulu öndər Mingəçevirdə anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətininin birgə təşkilatçılığı ilə "Ömrünün hər anını xalqına, millətinə həsr etmiş tarixi şəxsiyyət" adlı konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə mərkəzin foyesində ulu öndərin 94 illiyinə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Daha sonra Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açıq elan edən icra başçısı Niyazi Bayramov ulu öndərin həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, ümummilli lider olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri həll edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb.

Başçı çıxışında, həmçinin xatırladıb ki, Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Dahi şəxsiyyətin fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəmizin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə öz təsirini göstərib.

YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, 8 saylı məktəbin müəlliməsi Səxavət Məmmədquliyeva, Az.İES-in direktoru Gülağa Məmmədov, MTK-nin müəlliməsi Çinarə Allahverdiyeva çıxışlarında bildiriblər ki, Heydər Əliyev həm də azərbaycançılıq fəlsəfəsini formalaşdırıb və inkişaf etdirib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top