Venesuelada keçirilən etiraz aksiyalarında 37 nəfər ölüb

Bu həftənin əvvəlindən Venesuelada etiraz aksiyaları zamanı ən azı 6 nəfər həlak olub, aprelindən əvvəlindən bu günədək isə həlak olanların sayı 37 nəfər təşkiı edir. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Venesuela cinayət forumu” qeyri-hökumət təşkilatından (QHT) bildiriblər. QHT-nin məlumatına əsasən, etiraz aksiyalarında 400-dən çox adam yaralanıb, 1,7 mini isə saxlanılıb. Üstəlik, saxlanılanların 560-dan çoxu hələ də həbsdədir. Aprelin əvvəlində bütün Venesuelada Prezident Nikolas Maduronun istefası, növbədənkənar prezident seçkilərinin keçirilməsi, demokratiyaya qayıdış və müxalif siyasətçilərin həbsdən azad edilməsi tələbləri ilə etiraz aksiyaları başlayıb. Ölkənin iqtisadi vəziyyəti etiraz aksiyalarının artmasına gətirib çıxarır. Neftin qiymətinin ucuzlaşması fonunda Venesuelada vətəndaşlar yeyinti məhsulları və dərman vasitələrinin çatışmazlığı ilə üzləşiblər.Beynəlxalq Valyuta Fondunun son proqnozlarına əsasən, 2017-ci ildə Venesuelada inflyasiya 720 faiz, 2018-ci ildə isə 2068 faiz təşkil edəcək, ölkənin ümumi daxili məhsulu isə cari il 7,2 faiz azalacaq.

DİGƏR XƏBƏRLƏR

Top