Ermənistan məhsulları Azərbaycana necə keçirilir?

Azərbaycan məhsullarının Ermənistan bazarlarında, Ermənistan məhsullarının isə Azərbaycan bazarlarında satışa çıxarılması hər iki ölkədə narahatlıq yaradıb. Bir müddət əvvəl külli miqdarda Quba alması İrəvan bazarlarından yığışdırılaraq məhv edilib və bununla bağlı cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları, o cümlədən alma Gürcüstan yolu ilə daşınıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Gürcüstan yolu ilə Azərbaycana da Ermənistan məhsullarının gətirildiyini bildirib.

Bəs bu məsələ günahkar kimdir?

Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov qeyd edib ki, buna görə məhsulları istehsal edən şirkəti günahlandırmaq olmaz: "Mexanizm belədir ki, bizim ixrac mallarımız Rusiyaya, Gürcüstana və digər dövlətlərə gedir. Oradan da alıb Ermənistana aparıb satırlar.

Ola bilsin ki, Ermənistanın da malları başqa dövlətlərə ixrac olunur, həmin ölkələrdən də Azərbaycana gətirilir. Amma Azərbaycana belə malların gətirilməsi, idxal olunması qeyri mümkün olmalıdır. Çünki bizim sərhəddə, gömrük xidmətində bütün yoxlamalar həyata keçirilir. Həmçinin həmin malların etiketi olur. Onlar bildirir ki, bu mal Ermənistanında istehsal olunub ya yox . Ona görə də Azərbaycana buraxılmamalıdır. Bu səbəbdən necə gəlib çıxdığını deyə bilmərəm.

Bir şeyi dəqiq deyə bilərəm ki, istehsalçı şirkətləri günahlandırmaq düzgün deyil. Şirkət neyləsin? Məsələn, Ermənistandan Rusiyaya mal verilir. Oradan da Azərbaycana gətirilir. Şirkət onun qarşısını heç cür ala bilməz”.bakupost.az

DİGƏR XƏBƏRLƏR

Top