
İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar başa çatdıqdan sonra ABŞ-ın hərbi bölmələri İraqda qalmayacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi deyib. Onun sözlərinə görə, ABŞ-ın hərbi bölmələri ölkəni tərk edəcək, amerikalı hərbçilərin bir qismi isə hərbi məsləhətçi qismində İraqda qalacaq: “Onlar təhlükəsizliyə yönəlmiş istənilən təhdidə qarşı hərbi hazırlığı saxlamaq üçün İraq Hərbi Qüvvələrinə kömək edəcəklər”. Qeyd edək ki, hazırda İraq hərbçiləri və ABŞ-ın başçılıq etdiyi koalisiya Mosulun İŞİD-dən azad edilməsi üzrə əməliyyat keçirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz