Çin “Boeing”“Airbus”a rəqib oldu

Çin yerli istehsal olan böyük tutumlu sərnişin təyyarəsinin ilk uçuşunu Şanxayda həyata keçirib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, “The Commercial Aircraft Corp. Of China” (COMAC) tərəfindən istehsal edilən “C919” adlı sərnişin təyyarəsi zəruri testlərdən uğurla keçib. Böyük tutumlu sərnişin təyyarəsi iki mühərriklidir, uçuş məsafəsi isə 4 075 kilometrdir. Təyyarə 158 sərnişin tutumludur. 2006-cı ildə başlayan “C919” layihəsində yerli firmalarla yanaşı, 16 xarici tədarükçü şirkət də yer alıb. “C919” layihəsi Çini ABŞ, Avropa və Rusiyadan sonra iri təyyarə istehsalçıları arasında 4-cü yerə yüksəldib. Bu günədək 23 müxtəlif şirkətdən 570 ədəd “C919” sifariş alan COMAC bu modeldən ən azı 2 min ədəd satmağı planlaşdırır. Pekin “C919”un hazırda bazarda hökmranlıq edən yeni nəsil “Boeing 737” və yenilənmiş “Airbus 320” sərnişin təyyarələri ilə rəqabət aparacağını düşünür. Xatırladaq ki, Çinin ilk yerli istehsalı olan regional sərnişin təyyarəsi “AR J21” ötən ilin iyun ayında ticari uçuşlara başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top