"Georgian Airways" Soçiyə hava uçuşlarına başlayacaq

Gürcüstanın "Arizena-Georgian Airways" dövlət aviaşirkəti iyun ayının 2-dən Tbilisi-Soçi-Tbilisi marşrutu üzrə uçuşlara başlayacaq. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə uçuşlar həftənin III və V günləri baş tutacaq. Hava uçuşları zamanı "Arizena- Georgian Airvvays" Tbilisi beynəlxalq hava limanın xidmətlərindən istifadə edəcək. Qeyd edək ki, Tbilisi-Soçi-Tbilisi marşrutu üzrə "Arizena- Georgian Airvvays" təyyarələri ilk dəfə uçacaqlar.

Hava uçuşları aviakompaniyaya məxsus Boeing B737 və CL 600 təyyyarələri tərəfindən həyata keçiriləcək. Yeri gəlmişkən onu da xatırladaq ki, may ayının 1-dən başlayaraq Rusiyanın Ural avialiniya kompaniyası həftənin birinci və beşinci günləri Soçi-Tbilisi-Soçi xətti üzrə uçuşlara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top