Türkiyəli sahibkarlar "Qırmızı Körpü"dən şikayət edib

"Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd-keçid məntəqəsində olan problemləri aradan qaldırmaq lazımdır". Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda çıxış edən Şərqi Qaradəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan deyib. A.Gürdoğanın sözlərinə görə, iki ölkə arasındakı yüklərin dəniz yolu ilə daşınmasına Xəzərdəki dalğalar da mane olur: "Xəzər dənizində olan dalğalar gəmilərimizin hərəkət etməsinə mane olur. Türkiyə bu sahədə böyük uğurlar əldə edib. Bizim dalğaqıran gəmilərimiz var. Amma Xəzərdə bu yoxdur. Bu dalğalar üzündən gəmilər bəzən 15-20 gün işləyə bilmir".Report

DİGƏR XƏBƏRLƏR

Top