ATƏT Yerevandakı ofisinin bağlanmasından məyus olub

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sədri Kristin Muttonen və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqen adı çəkilən qurumun Yerevan ofisinin mandatının uzadılması barədə razılığın əldə edilmədiyindən məyus olduqlarını bəyan ediblər. "Yeniavaz.com"un 1ın.am-a istinadən verdiyi məlumata görə ATƏT PA sədri qurumun Yerevan ofisinin mandatının uzadılması barədə danışıqların xeyli müddət davam etdiyini və olduqca ağır keçdiyini xüsusi vurğulayıb: "Çox təssüf edirəm ki, bütün cəhdlərimizə baxmayaraq danışıqlarda ortaq məxrəcə gəlinməsi üçün konsensus əldə edilmədi. Biz ATƏT-in Yerevandakı ofisinin fəaliyyətinin davam etdirilməsinə böyük əhəmiyyət verirdik. Ona görə də ATƏT tərəfləri razı salacaq ortaq variant təklif etdi. Buna baxmyaraq ATƏT-in Yerevan ofisinin fəaliyyətinin davam etməsi üçün konsensusa nail olmaq cəhdlərimiz boşa çıxdı".

Öz növbəsində ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqen qeyd edib ki, qurumun Yerevan ofisi bölgədə yeganə idi və onun fəaliyyətinə böyük ehtiyac duyulurdu: "Son illərdə Azərbaycanda və Gürcüstanda ATƏT PA-nın ofislərinin bağlanmasını nəzərə alanda, qurumun Yerevan ofisinin fəaliyyət göstərməsinə ehtiyacımız vardı. Mən ümid edirəm ki, bu məsələdə kompromiss əldə ediləcək və Ermənistan Yerevandakı ofisimizin yardımından istifadə edə biləcək".

DİGƏR XƏBƏRLƏR

Top