Qadın basketbolçularla bağlı yenilik

Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FIBA) qadın basketbolçuların baş örtüyü ilə oyunlara çıxmasına icazə verib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar FIBA-nın Honq Konqda təşkil edilən iclasında qəbul edilib. Yeni qayda 1 oktyabr 2017-ci il tarixindən tətbiq ediləcək. Yeniliyə əsasən, baş örtüyü üzün heç bir yerini örtməməli və ağ, qara, yaxud komandanın formasının rənglərinə uyğun olmalıdır. Baş örtüyü bir komandada bir neçə oyunçu tərəfindən istifadə edilərsə, onların hamısı eyni rəngdə olmalıdır. Üz və boyun ətrafında baş örtüyünün açılmasına səbəb ola biləcək düymə və ya hansısa digər vasitələr yer almamalıdır.

Xatırladaq ki, FIBA ilk dəfə olaraq 2014-cü ildə baş örtüyü ilə bağlı yenilik etmişdi. Belə ki, sınaq məqsədilə milli çempionatların oyunlarda 2 il müddətinə baş örtüyü ilə iştirak etməyə icazə verilmişdi. Sınaq uğurla başa çatdığına görə analoji addımın bütün beynəlxalq yarışlarda tətbiqinə qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top