Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair memorandum imzalandı

Rusiya, Türkiyə və İran Astanada Suriya üzrə danışıqlar çərçivəsində bu ölkədə təhlükəsizlik zonalarının yaradılması barədə memorandum imzalayıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdrəhmanov Suriyada böhranın tənzimlənməsi üzrə beynəlxalq görüşün plenar iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Astana danışıqlarının iştirakçıları son iki gün ərzində atəşkəs rejimi və hərbi əməliyyatların dayandırılması rejimi sazişlərinin reallaşdırılmasının icmalını aparıblar: “Nəticədə zəmanətçi ölkələr Suriyada gərginliyin dayandırılması zonalarının yaradılması haqqında memoraundumu imzalamağa razı olublar”.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təhlükəsizlik zonaları İdlib vilayətinin bütününü, Hələb və Hama vilaytlərinin müəyyən hissəsini, Hums vilayətinin müəyyən hissəsini, Dəməşq/Şərqi Quta bölgəsini və Dəra ilə Kuneytra vilayətlərinin müəyyən ərazilərini əhatə edəcək: “Qeyd edilən ərazilərdə silah tətbiqinin qadağan edilməsi, eləcədə təhlükəsizlik zonalarına humanitar yardımın çatdırılması barədə saziş əldə edilib

DİGƏR XƏBƏRLƏR

Top