Ronaldodan 100 milyonluq rekord

“Real” Madridin portuqaliyalı forvardı Kriştiano Ronaldo “Instagram” sosial şəbəkəsində izləyici sayı 100 milyona çatan ilk idmançı oldu. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bununla da 32 yaşlı futbolçu daha bir rekorda imza atıb. K. Ronaldo UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində evdə “Real”ın 3-0 hesabı ilə qalib gəldiyi “Atletiko” Madridlə oyunda het-trikə imza ataraq Avrokubokların 1/2 mərhələlərində ən çox qol vuran oyunçu ünvanını əldə edib. Portuqaliyalı ulduzun “Twitter” akkauntunda təqribən 52 milyon, “Facebook”da isə 121 milyona yaxın izləyicisi var. Müqayisə üçün bildirək ki, “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin “Instagram”da təqribən 71 milyon, “Facebook”da isə 89 milyon izləyicisi mövcuddur. L. Messinin “Twitter” sosail şəbəkəsində səhifəsi yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top