
Müsəlman turistlər üçün ən yaxşı istiqamətin Malayziya olduğu müəyyənləşib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Master Card” və “CrescentRating”in hazırladığı “Müsəlmanların səyahət seçim indeksi 2017” hesabatında deyilir. Hesabata əsasən, Malayziya 82,5 indeksi xalı ilə ölkələr arasında birinci yeri tutub. Ötən il də analoji sahədə lider olan Malayziya müsəlman turistləri münasib şəraitlə təmin edən edən ölkələr arasında ilk pilləni tutur. Siyahıda Malayziyanı 76,9 indeks xalı ilə Birləşmiş Ərəb Əmirlikləri və 72,6 indeks xalı ilə İndoneziya izləyir. Ötən il 73,9 xalla üçüncü olan Türkiyə bu il 72,4 xalla dördüncü yerə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz