Azərbaycanda nə qədər psixi xəstə var?

"Psixi xəstə" ifadəsi ölkəmizdə insanlar tərəfindən ağır qarşılanır. Sözün həqiqi mənasında psixi xəstə olanlardan müalicə-profilaktika müəssisələrində qeydiyyatda olanlar da var, olmayanlar da. Bəzən insanlar üçün hər an təhlükəli hadisə törədə biləcək psixi xəstələrin küçələrdə gəzdiyinin də şahidi oluruq. Onlar ətrafdakılara söz atır, ailələrində bəzən dəhşətli kriminal hadisələr də törədə bilirlər. Bəs hazırda Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan nə qədər psixi xəstə var? "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsindən bununla bağlı maraqlı faktlar əldə edib.

Əvvəlcə son illərdə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayına diqqət yetirək:

- 2000-ci ildə - 97 min 279 nəfər.

- 2001-ci ildə - 98 min 573 nəfər.

- 2002-ci ildə - 101 min 988 nəfər.

- 2003-cü ildə - 108 min 685 nəfər.

- 2004-cü ildə - 112 min 169 nəfər.

- 2005-ci ildə - 114 min 193 nəfər.

- 2006-cı ildə - 114 min 880 nəfər.

- 2007-ci ildə - 119 min 883 nəfər.

- 2008-ci ildə - 112 min 589 nəfər.

- 2009-cu ildə - 126 min 824 nəfər.

- 2010-cu ildə - 129 min 515 nəfər.

- 2011-ci ildə - 116 min 329 nəfər.

- 2012-ci ildə - 121 min 139 nəfər.

- 2013-cü ildə - 124 min 134 nəfər.

- 2014-cü ildə - 102 min 807 nəfər.

- 2015-ci ildə - 96 min 79 nəfər.

Son illərdə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış psixi xəstələrin sayına diqqət yetirək:

- 2000-ci ildə - 6907 nəfər.

- 2001-ci ildə - 5476 nəfər.

- 2002-ci ildə - 5923 nəfər.

- 2003-cü ildə - 6269 nəfər.

- 2004-cü ildə - 5590 nəfər.

- 2005-ci ildə - 5621 nəfər.

- 2006-cı ildə - 5989 nəfər.

- 2007-ci ildə - 6089 nəfər.

- 2008-ci ildə - 5188 nəfər.

- 2009-cu ildə - 5753 nəfər.

- 2010-cu ildə - 4984 nəfər.

- 2011-ci ildə - 5109 nəfər.

- 2012-ci ildə - 4948 nəfər.

- 2013-cü ildə - 4904 nəfər.

- 2014-cü ildə - 4276 nəfər.

- 2015-ci ildə - 5107 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top