Gürcüstanda Konsititusiya dəyişikliyi ümumxalq müzakirəsinə çıxarılır

Gürcüstan parlamenti bu gün ölkə Konstitusiyasına ediləcək dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılması barədə məsələni müzakirə edərək səsə qoyub. "Yeniavaz.com"un vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, Konsititusiyaya ediləcək dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasının lehinə 80, əleyhinə isə 1 nəfər səs verib. Beləliklə mayın 5-dən başlayaraq iyun ayına kimi xalq arasında ölkə Konstitusiyasına ediləcək dəyişikliklər müzakirə ediləcək. Dəyişikliklərə əsasən ölkədə birbaşa prezident seçkilərinin ləğv edilməsi nəzərdə tutulub. Bu məqsədlə 9 nəfərdən ibarət komissiya yaradılıb. Qeyd edək ki, Konsititusiyaya ediləcək dəyişiklikləri müxalifət dəstəkləmir. Mayın 1-də bir qrup müxalifət nümayəndəsi Konstitusiyaya ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq aksiya keçiriblər. Buna baxmayaraq Konstitusiyaya ediləcək dəyişikliklər parlament tərəfindən qəbul edilib. Ekspertlərin əksəriyyəti birbaşa prezident seçkilərinin keçirilməsinin ləğv edilməsini beynəlxalq hüquq normalarından geri çəkilmə kimi dəyərləndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top