Türkiyə Rusiyaya qarşı qadağasını ləğv etdi

Türkiyə şirkətləri Rusiyadan buğdanın rüsumsuz idxalını bərpa edə bilərlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Türkiyə tərəfindən Rusiya taxılı üzrə məhdudlaşdırıcı rüsumun aradan qaldırılması barədə razılaşma Soçidə Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqların yekunu üzrə əldə olunub. Lakin qadağanın nə vaxt ləğv ediləcəyi hələ dəqiq deyil. Bununla belə Rusiya Baş nazirinin müavini Arkadiy Dvorkoviç bəyan edib ki, bu, bir neçə günün məsələsidir. Xatırladaq ki, Ankara martın 15-dən Rusiyanı kənd təsərrüfatı məhsullarını rüsumsuz ixrac edən ölkələr sırasından çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top