Bakıda sərnişin avtobusda görün neylədi - VİDEO

"Təqdim olunan videogörüntüdə, cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da işıqforda saxlamasını qəbul etməyərək, avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür". "Yeniavaz.com" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Maiş Ağayev məlumat verib.

"Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur.

Bu və bir neçə gün bundan əvvəl 61 nömrəli marşrut xəttində baş verənlər bir daha sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maariflənirici tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu göstərir. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə bütün lazımi tədbirləri yerinə yetirməkdədir.

Bakı Nəqliyyat Agentliyi bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırır. Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik",-deyə Maiş Ağayev bildirib.

avtobus

DİGƏR XƏBƏRLƏR

Top